Sizi qəzetinizin çap edilməsinin 30 illik yubileyi münasibəti ilə səmimi qəlbdən təbrik edirəm! Qəzetiniz keçən müddət ərzində həyata keçirdiyi “Qələmimizi süngüyə çevirək!” devizi altında Azərbaycanın 55-dən artıq rayonuna yayılmış Xocalı məktəbliləri qarasında keçirilən yazı müsabiqələri, rəsm sərgiləri və.s tədbirlər gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə olunmasında və qan yaddaşının qorunmasında mühüm rol oynamışıdr. Söz və mətbuat azadlığının təmin olunmasında Ümummilli Lider Heydər Əliyevin senzuranın ləğv edilməsi, qəzetlərin Azərbaycan Nəşriyyatına olan borclarının silinməsi kimi fundamental tədbirləri müstəsna rolu olmuşdur. Həmçinin Xocalı soyqırımın dünyaya tandılmasında Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın “Xocalıya ədalət” şüarı ilə həyata keçirdiyi irimiqyaslı tədbirləri və dünyanın bir çox ölkələrində Xocalı soyqırımının tanınması istiqamətində Azərbaycan dövlətinin apradığı sistematik uğurlu siyasətin bariz nümunəsidir. Dövlət tərəfindən həyata keçirilən bu siyasətin mətbu orqanlarda işıqlandırılması da mühüm əhəmiyyət daşıyır. Arzu edirəm ki, qəzetiniz daim XOCALININ SƏSİ olsun və bütün dünyada Xocalıya ədalət çağrışlarının dəstəkçisinə çevriləsiniz! Hörmətlə, Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri, Sadiq Qurbanov